...

İmişlidə silsilə oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 5 May 2018 19:23 (UTC +04:00)
İmişlidə silsilə oğurluq edən şəxs saxlanılıb
İmişlidə silsilə oğurluq edən şəxs saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İmişlidə silsilə oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, martın 24-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən İmişli RPŞ-yə rayon sakini Yengibar Şükürova məxsus kafedən 2658 manat dəyərində bir ədəd soyuducu mühərrikinin, iki ədəd səsgücləndiricinin, iki ədəd generatorun, 200 metr uzunluğunda kabelin, iki ədəd tülpanın oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Zeyqəm Musayev saxlanılıb. Dindirilmə zamanı Z.Musayev törətdiyi cinayəti etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində Z.Musayevin digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobilindən ümumi dəyəri 1220 manat olan 4 ədəd akkumliyator oğurladığı məlum olub.

Bundan başqa həmin şəxsin digər vətəndaşa məxsus dəmir sexindən 450 manatlıq 145 metr uzunluğunda mis məftil oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti