Bakı. Trend:
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DİN-dən Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İran vətəndaşı Əmin Abanqadan çəkisi 1 kiloqram 35 qram olan heroin aşkar edilərək götürülüb.
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Əliyevdən 7,1 qram, yaşadığı evdən isə 381 qramdan çox marixuana aşkar edilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bulaqlı kənd sakini Əli Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.