Bakı. Trend:
Kuril adalarında güclü zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanların 5,4 bal gücündə olduğu bildirilir.
Zəlzələ Paramuşir adasında qeydə alınıb. Məlumata görə, zəlzələnin ocağı 75 km dərinlikdə olub.
Dağıntı və insan tələfatı barədə məlumat daxil olmayıb.