Bakı. Trend:
Hökməli qəsəbəsində 2 min metrə yaxın elektrik xəttini kəsərək oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, iyunun 12-də Abşeron Rayon Polis İdarəsinə cari il mart ayının 26-da Hökməli qəsəbəsi ərazisində 2 min metrə yaxın elektrik xəttinin kəsilərək oğurlandığı barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində strateji əhəmiyyət daşıyan mühüm dövlət əmlakını oğurlamaqda şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Polis idarəsində aparılan araşdırmalarla qəsəbə sakini, əvvəllər də məhkum olunmuş Heybət Dadaşovun digər cinayət əməlinin də üstü açılıb. Onun fevral ayının 23-də qəsəbə əarazisindəki evlərin birindən kombi aparatını oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.