Bakı. Trend:
Beyləqan sakininin evində narkotik maddə aşkarlanıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Cəfərovdan 9,4 qram marixuana götürülüb.
Evinə baxış zamanı isə 400 qram marixuana aşkar edilərək götürülüb.