...

İmişlidə maşın aşdı, ölən və yaralananlar var

Hadisə Materials 30 İyul 2018 13:15 (UTC +04:00)
İmişli rayonunun Yuxarı Qaralar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
İmişlidə maşın aşdı, ölən və yaralananlar var

Bakı. Trend:

İmişli rayonunun Yuxarı Qaralar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 29-da saat 23 radələrində İmişli rayonunun Yuxarı Qaralar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan beş nəfər xəstəxanaya yerləşdirilib, onlardan Qiyas Əzizov orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti