...

Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Hadisə Materials 3 Avqust 2018 20:19 (UTC +04:00)
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov həmyerlisi Ceyhun Gözəlova heroin satarkən yaxalanıblar. C.Gözəlovun üzərinə keçirilən baxış zamanı kustar üsulla hazırlanan, ümumi çəkisi 1.530 qram heroin aşkar edilərək götürülüb.

Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 47,070 qram tiryək aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti