...

Balakəndə evdən 3 min manatlıq qızıl əşyalar oğurlanıb

Hadisə Materials 6 Avqust 2018 14:33 (UTC +04:00)

Bakı. Trend:

Balakəndə evdən 3 min manatlıq qızıl əşyalar oğurlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Füzuli Bürcalıyevin ətrafında Balakən RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 4-də şəhər ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti