...

Lənkəranda göldə batan yeniyetmənin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 6 Avqust 2018 18:12 (UTC +04:00)
Lənkəran şəhərinin Qurumba kəndində süni göldə batmış 2003-cü il təvəllüdlü Əlizadə Şaiq Eldəniz oğlunun axtarışları başa çatıb.
Lənkəranda göldə batan yeniyetmənin meyiti tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

Lənkəran şəhərinin Qurumba kəndində süni göldə batmış 2003-cü il təvəllüdlü Əlizadə Şaiq Eldəniz oğlunun axtarışları başa çatıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Ş.Əlizadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

X X X

Lənkəran şəhərinin Qurumba kəndində süni göldə 1 nəfər batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti