...

Sarayda quldurluq edən keçmiş məhkum saxlanılıb

Hadisə Materials 8 Avqust 2018 13:53 (UTC +04:00)
Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əhmədov saxlanılıb
Sarayda quldurluq edən keçmiş məhkum saxlanılıb

Bakı. Trend:

Avqustun 4-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini Rahim Mustafayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib 126 manat pulunu alıb.

DİN-dən Trend-ə verilən məlumata görə, RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti