...

Gəncədə qadın piyadanı vurub öldürən sürücü saxlanılıb

Hadisə Materials 10 Avqust 2018 16:01 (UTC +04:00)
Gəncə şəhəri ərazisində idarə etdiyi avtomobillə şəhər sakini X.Bağırovanı vurmaqda şübhəli bilinən T.Qocayev saxlanılıb
Gəncədə qadın piyadanı vurub öldürən sürücü saxlanılıb

Bakı. Trend:

Gəncədə qadın piyadanı vurub öldürən sürücü saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 1-də saat 20 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Xədicə Bağırova vurulub.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Tural Qocayev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti