...

Ötən gün respublikada 3 yol qəzası baş verib - 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Hadisə Materials 11 Avqust 2018 10:40 (UTC +04:00)
2018-ci il avqust ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Ötən gün respublikada 3 yol qəzası baş verib - 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Bakı. samir Əli - Trend:

2018-ci il avqust ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. DİN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti