...

Buzovnada yolu keçən qadını maşın vurub

Hadisə Materials 5 Sentyabr 2018 14:30 (UTC +04:00)

Bakı. Trend:

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 4-də saat 4 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəmil İsmayılzadə idarə etdiyi “Jeep” markalı avtomobillə paytaxt sakini Validə Şirinovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti