Bakı. Trend:
Bakı şəhərində yaşayış binasında yanğın olub.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 56 m² olan 2 otaqlı mənzilin mətbəxinin, dəhlizinin, hamam otağının yanar konstruksiyaları və ev əşyaları 22 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.