...

Qara Qarayev prospektində avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 12 Oktyabr 2018 13:56 (UTC +04:00)
Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində “Mercedes” markalı avtomobillə piyada vurulub
Qara Qarayev prospektində avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-deə verilən məlumata görə, oktyabrın 11-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Elməddin Diniyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd İsbəndiyarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti