...

Bakıda və Ucarda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Hadisə Materials 24 Oktyabr 2018 11:18 (UTC +04:00)
Polis əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri qətiyyətlə aparılır.
Bakıda və Ucarda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Bakı. Samir Əli - Trend:

Polis əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri qətiyyətlə aparılır.

DİN-dən Trend-ə verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Alpout kənd sakini, əvvəllər məhkum olunmuş Nəriman Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evin zirzəmisindən isə əlavə olaraq çəkisi 4 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Adil Musayevdən 480 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti