...

Penitensiar Xidmətin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşının məhkəməsi başladı

Hadisə Materials 31 Oktyabr 2018 16:13 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Penitensiar Xidmətin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşının məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlunatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

M.İlyasov özünü təqsirli bilməyib. O heç kimə qarşı dələduzluq etmədiyini bildirib.

Məhkəmə noyabrın 7-də davam etdiriləcək.

İttihama görə, M.İlyasov bir neçə şəxsi işə düzəldəcəyi və onların yaxın qohumlarını həbsdən azad edəcəyi vədi ilə aldadıb.

Həmin şəxslərin şikayəti əsasında həbs edilən M.İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittiham irəli sürülüb.

Cinayət işi üzrə daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. M.İlyasov hökmdən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi hökmü ləğv edərək işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması barədə qərar çıxarıb.

Xatırladaq ki, M.İlyasov Penitensiar Xidmətinin keçmiş əməkdaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti