...

3 avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Hadisə Materials 3 Noyabr 2018 17:43 (UTC +04:00)
Axtarış zamanı şəxsdən metamfetamin, 1 ədəd gözyaşardıcı balon və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
3 avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Trend:

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rəhimovun “TOFAŞ”, E.Soltanovun “VAZ-2106” və A.Mustafayevin “VAZ-2107” markalı avtomobillərini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Füzuli Soltanov olduğu müəyyən edilib.

Şəxsi axtarış zamanı ondan metamfetamin, 1 ədəd gözyaşardıcı balon və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti