...

Səbaildə piyada zolağını keçən şəhər sakinini maşın vurub

Hadisə Materials 8 Noyabr 2018 16:45 (UTC +04:00)
Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində “Mercedes” markalı avtomobillə piyada zolağında yolu keçən C.Nemətli vurulub
Səbaildə piyada zolağını keçən şəhər sakinini maşın vurub

Bakı. Trend:

Səbaildə piyada zolağını keçən şəhər sakinini maşın vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 7-də saat 9 radələrində Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində Bakı şəhər sakini Dilqəm Umudov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada zolağında yolu keçən Yardımlı rayon sakini Cavid Nemətlini vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti