...

Binəqədidə yolu keçən piyadanı avtomobil vurub öldürüb

Hadisə Materials 14 Noyabr 2018 20:16 (UTC +04:00)
Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Binəqədidə yolu keçən piyadanı avtomobil vurub öldürüb

Bakı. Trend:

Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 13-də saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nahid Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti