...

Azərbaycana xeyli miqdarda aksiz markası olmayan spirli içkilər keçirtdi, amma... - FOTO

Hadisə Materials 24 Noyabr 2018 11:59 (UTC +04:00)
Avtomobildən xeyli miqdarda aksiz markası olmayan spirli içkilər aşkarlanıb.
Azərbaycana xeyli miqdarda aksiz markası olmayan spirli içkilər keçirtdi, amma... - FOTO

Bakı. Samir Əli - Trend:

Avtomobildən xeyli miqdarda aksiz markası olmayan spirli içkilər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Trend-ə bildiriblər ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub.

Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb. Belə ki, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Şəmkir rayonunun Düyərli kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Tovuz gömrük postunun inzibati binasının həyətinə aparılıb.

Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində "Kremlin" yazılan 83 ədəd, üzərində "Beluga" yazılan 6 ədəd 0,7 litrlik, üzərində "Almaz" yazılan 6 ədəd 0,7 litrlik və üzərində "Rosi" yazılan 37 ədəd 0,7 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti