Bakı. Trend:
Astarada qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib.
Trend-ə FHN-dən verilən məlumata əsasən, rayonun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.
Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.