Bakı. Trend:
Serbiyanın cənubunda qatar məktəbliləri aparan avtobusla toqquşub. Trend-in məlumatına görə, Done-Mejurovo dəmiryolu məntəqəsində qeydə alınmış qəza zamanı azı 3 nəfərin öldüyü, 20-dən çox yaralı olduğu bildirilir.
Yaralılar Nişski Klinik Mərkəzinə yerləşdirilir, onlardan 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qəza nəticəsində qatar relsdən çıxıb ki, bu da dəmir yolu xətlərində hərəkətində fasilələrə səbəb olub.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.