Bakı. Samir Əli - Trend:
Bakıda qətl hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Rayonun Atatürk prospekti, ev 2a-nın qarşısında Ağstafa rayonunun Dağ Kəsəmənli sakinləri, 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Keçirilən istintaq əməliyyat təsbirləri nəticəsində R.Murğuzov saxlanılıb.