...

Bakıda 3 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 17 Yanvar 2019 15:30 (UTC +04:00)
Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakıda 3 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti