...

Hövsanda avtomobilini yol ayırıcına vuran sürücü xəstəxanada öldü

Hadisə Materials 23 Yanvar 2019 15:36 (UTC +04:00)
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Hövsanda avtomobilini yol ayırıcına vuran sürücü xəstəxanada öldü

Bakı. Trend:

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 22-də saat 4 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Babayev idarə etdiyi “Daewoo” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti