...

Qəbələdə axtarışda olan şəxs saxlanılıb

Hadisə Materials 30 Yanvar 2019 11:54 (UTC +04:00)
Qəbələdə axtarışda olan şəxs saxlanılıb
Qəbələdə axtarışda olan şəxs saxlanılıb

Bakı. Trend:

Qəbələdə axtarışda olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayonun Vəndam qəsəbə sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan Cavidan Məhyəddinli Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində saxlanılıb və RPŞ-yə gətirilərək İstintaq bölməsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti