...

Sumqayıtda "reket"lik edən dəstəyə hökm oxundu

Hadisə Materials 31 Yanvar 2019 17:14 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəlüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlü - Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayıtda "reket"lik edən dəstəyə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlü - Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, adları keçən şəxslər özlərini “kriminal aləm”in üzvləri kimi apararaq əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri - Çinarə Əliyevaya, Ziyad Həsənova, Elmin Miriyevə, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədova döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər.

Onlar bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar. Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti