...

Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

Hadisə Materials 22 Fevral 2019 10:34 (UTC +04:00)
Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onların avtomobillərindən oğurluq olunması barədə məlumat veriblər.
Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onların avtomobillərindən oğurluq olunması barədə məlumat veriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb.

Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən 2 nəfər, Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanılıb. Onların ətraflarında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti