...

Bakıda yataqxanada baş verən yanğında xəsarət alanlar var (YENİLƏNİB)

Hadisə Materials 6 Mart 2019 08:37 (UTC +04:00)
Nərimanovda yataqxanada yanğın baş verib
Bakıda yataqxanada baş verən yanğında xəsarət alanlar var (YENİLƏNİB)

Bakı. Tural Turan - Trend:

Nərimanovda yataqxanada yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, hazırda digər təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Xəsarət alanların sayı dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti