...

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıblar

Hadisə Materials 19 Mart 2019 11:51 (UTC +04:00)
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər polis əməkdaşları tərəfindən yaxalanıblar.
Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıblar

Bakı. Trend:

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov saxlanılıb.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti