Bakı. Trend:
Sabunçuda 3 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı 8 m² sahədə və döşəməsi 12 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.