Bakı. Trend:
Hindistanın Maharaştra ştatında hərbçilərin olduğu yük maşını partladılıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub.
Qeyd olunur ki, partlayış kustar üsulla düzəldilmiş qurğu vasitəsilə törədilib.
İlkin məlumatlara əsasən, partlayışı bölgədə fəal olan radikal solçu silahlı qruplaşma həyata keçirib.