...

Hacıqabul sakinindən narkotik vasitə götürülüb

Hadisə Materials 15 May 2019 18:41 (UTC +04:00)
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Hacıqabul sakinindən narkotik vasitə götürülüb

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Axtaçı-Şirvan kənd sakini Yunis Qəfərov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 37 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti