...

İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

Hadisə Materials 23 May 2019 11:41 (UTC +04:00)
İmişli rayonunda 95 kq istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.
İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İmişli rayonunda 95 kq istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə məlumata görə, mayın 22-də axşam saat 19:30 radələrində Ağcabədi rayon sakini Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə kəsilən, istehlaka yararsız 95 kq iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya daşındığı məlum olub. Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti