Bakı. Trend:
Goranboyda minik avtomobili yanıb.
FHN-dən Trend-ə verilən məlumaat görə, rayonun Səfikürd kəndində “VAZ” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.