...

Sumqayıtda yaşayış binasında təhlükə aradan qaldırıldı

Hadisə Materials 30 İyun 2019 19:29 (UTC +04:00)
Sumqayıtda yaşayış binasında təhlükə aradan qaldırıldı
Sumqayıtda yaşayış binasında təhlükə aradan qaldırıldı

Bakı. Trend:

Sumqayıtda metal vərəqə binadan asılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən metal vərəqə asılı vəziyyətdə qalıb.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni çıxarıb və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Xəbər lenti

Xəbər lenti