...

Cəlilabadda 5 otaqlı ev yanıb

Hadisə Materials 14 İyul 2019 15:01 (UTC +04:00)
Cəlilabadda yanğın qeydə alınıb
Cəlilabadda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Cəlilabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Bədirli kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 68 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti