...

Metroda yeniyetmənin pulunu alıb qaçan Şamaxı sakini tutulub

Hadisə Materials 24 İyul 2019 15:05 (UTC +04:00)
Dələduzluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb.
Metroda yeniyetmənin pulunu alıb qaçan Şamaxı sakini tutulub

Bakı. Trend:

Dələduzluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 23-də metronun “28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetməni aldadıb 1200 manatını alıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti