...

Cəlilabadda yaşayış binası yanıb

Hadisə Materials 31 İyul 2019 00:58 (UTC +04:00)

Bakı. Trend:

Cəlilabad rayonunda yaşayış binası yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 690 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 78 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 otağının tavanı 17 m² sahədə yanıb.

Binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti