...

Biləsuvarda 2 otaqlı ev yanıb

Hadisə Materials 12 Avqust 2019 21:32 (UTC +04:00)

Bakı. Trend:

Biləsuvar rayonunda 2 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Yuxarı Ağalı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti