Bakı. Trend:
Goranboyda minik avtomobili yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Goranboy rayonunun Ağamalıoğlu kəndində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.