...

Bakıda mobil telefon oğruları tutuldu

Hadisə Materials 5 Oktyabr 2019 18:00 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Bakıda mobil telefon oğruları tutuldu

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü və 36-cı polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda beş avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti