...

Qazaxda 2 ədəd top mərmisi aşkarlanıb (FOTO)

Hadisə Materials 17 Oktyabr 2019 19:24 (UTC +04:00)
Qazaxda 2 ədəd 45 mm-lik top mərmisi (BR-240) aşkar olunub.
Qazaxda 2 ədəd top mərmisi aşkarlanıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Qazaxda 2 ədəd 45 mm-lik top mərmisi (BR-240) aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tərkibində partlayıcı maddə olmayan 45 mm-lik top mərmisi (BR-240) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti