...

Qusarda hündürlükdən dərəyə düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 22 Oktyabr 2019 18:19 (UTC +04:00)
Qusar rayonunun Quxur kəndi ərazisində mürrəkkəb relyefli yüksək dağ massivində aparılan axtarış-əməliyyat tədbirləri başa çatıb.
Qusarda hündürlükdən dərəyə düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

Qusar rayonunun Quxur kəndi ərazisində mürrəkkəb relyefli yüksək dağ massivində aparılan axtarış-əməliyyat tədbirləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Sərxanovun meyiti Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

11:26

XXX

Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərdə deyilir ki, oktyabrın 21-də saat 18:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti