...

Avtomobil ehtiyat hissələrini qanunsuz yolla keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Hadisə Materials 29 Oktyabr 2019 14:05 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Avtomobil ehtiyat hissələrini qanunsuz yolla keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsi ilə salon aralığında xüsusi düzəldilən yerdə gizlədilən 4 ədəd mühərrik, ümumilikdə, 34 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti