Bakı. Samir Əli - Trend:
Ağstafa rayonunda evdən qaçan qız Bakıda tapılıb.
Trend-in məlumatına görə, Dağ kəsəmən kənd sakini Əsgərov Mehman Telman oğlu polisə ərizə ilə müraciə edərək bildirib ki, qızı, 1991-ci il təvəllüdlü Əsgərova Nigar Telman qızı yaşadığı evdən çıxaraq itkin düşüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, N.Əsgərova sağ-salamatdır və Bakıda xalasının evindədir. N.Əsgərova polisə müraciət edərək bildirib ki, o Bakıda xalası Kəmalə Hümbətovanın evindədir və heç bir şikayəti yoxdur.
Faktla bağlı araşdırma aparılır.