...

Siyəzəndə 4 otaqlı ev yanıb

Hadisə Materials 23 Dekabr 2019 09:13 (UTC +04:00)
Siyəzən rayonunda 4 otaqlı evdə yanğın hadisəsi baş verib.
Siyəzəndə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Siyəzən rayonunda 4 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Siyəzən rayonunun Gilgilçay qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti