...

Qaxda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 23 Dekabr 2019 15:11 (UTC +04:00)
rayonunun Zərrə kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaxda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. Trend:

Qax rayonunun Zərrə kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də saat 18 radələrində Qax rayonunun Zərrə kəndi ərazisində Zaqatala rayon sakini O.Musayev idarə etdiyi “VAZ-21102” markalı avtomobillə yolu keçən Ləkit kənd sakini Röyal Şıxəmirovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti