...

Bakıda Türkiyə vətəndaşı borc verdiyi şəxs tərəfindən bıçaqlandı

Hadisə Materials 25 Dekabr 2019 09:34 (UTC +04:00)
Bakıda xarici ölkə vətəndaşı bıçaqlanıb.
Bakıda Türkiyə vətəndaşı borc verdiyi şəxs tərəfindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda xarici ölkə vətəndaşı bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 2 ünvanında baş verib.

Türkiyə vətəndaşı, 1989-u il təvəllüdlü Sərxan Güçlü Fehmi oğlu Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mirzəxanov Ruslan Afət oğlu ilə mübahisə edib.

Mübahisə R.Mirzəxanovun Sərxan Gülçüyə olan 15 manat borcunu verməməsi üstündə baş verib.

Mübahisə nəticəsində R.Mirzəxanov Sərxan Gülçünü bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti